Sabah Ağadadaş Ağayevlə bağlı qərar veriləcək
Tarix: 05-03-2025 11:51 | Bölmə: Şou-biznes
Sabah Ağadadaş Ağayevlə bağlı qərar veriləcək

Sabah Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Reyting.az
xəbər verir ki, hadisə ilə bağlı iki cinayət işi istintaq olunub.

İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Məhkəmələrin hər iki iş üzrə çıxaracaqları hökmlər sabah məlum olacaq.




Bölməyə aid digər xəbərlər