12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Məşhur müğənni gənc sevgilisi ilə evləndi
Tarix: 17-06-2019 00:22 | Bölmə: Şou-biznes
Məşhur müğənni gənc sevgilisi ilə evləndi

Türkiyənin məşhur sənətçisi, 61 yaşlı Zerrin Özer gənc sevgilisi ilə sürpriz bir şəkildə evlənib.

Reyting.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, o, bir müddətdir birlikdə olduğu gənc sevgilisi Murat bəy ilə nikah bağlayıb.

Zerrin Özer keçən aylarda demişdi: “Çox yaxında gözəl xəbərlər eşidərsiniz. Evlilik təklifi aldım. Uzun zamandır bir münasibətim var, heç bir zaman çöldə bir yerdə görülmədik. Münasibətimizin başladığı iki ilə yaxınlaşır. Sevgilim bizim sahənin adamı deyil”.

“Qəlbimin və yolumun yoldaşı”

“Mənə çox yaxşı baxır, uşaq kimi... Qəlbimin və yolumun yoldaşı deyə bilərəm. Ona aşiqəm. Evlilik təklifini qəbul etdim. Bir neçə ay içərisində də nikah bağlayacağıq”, - Zerrin Özər o zaman belə də deyirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}