07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Murad Dadaşovun tədbirə dəvət olunması etirazla qarşılanıb
Tarix: 20-06-2019 12:25 | Bölmə: Şou-biznes
Murad Dadaşovun tədbirə dəvət olunması etirazla qarşılanıb

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Xalq artisti Murad Dadaşovun iştirakına etiraz edib.

Reyting.az
xəbər verir ki, E. Əliyev tənə ilə Dadaşovu "təhsil eksperti” adlandırıb:

"Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. "Təhsil eksperti” Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər.

Gerizəkalılığa diqqət edin: ən azından fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır”.

Etibar Əliyev qeyd edib ki, 20-30 medalı Emin Əmrullayevin verməyindənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi.

E. Əliyev sonda qeyd edib ki, bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi: “Qalibləri səmimi qəlbdən təbrik edirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}