15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Şou-biznesin zövqlü və zövqsüz xanımları müzakirəyə çıxarıldı
Tarix: 03-08-2019 13:42 | Bölmə: Şou-biznes
Şou-biznesin zövqlü və zövqsüz xanımları müzakirəyə çıxarıldı

Stilist Elnur Həsənov şou-biznesin xanım ifaçılarının geyim tərzindən danışıb.

"Hər şey daxil" daxil verilişində qonaq olan Elnur Xalq artisti Aygün Kazımova, Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxanın və digərlərinin geyim tərzini analiz edib:

"Sevda Yahyayeyvanın geyim tərzi tam xoşuma gəlmir. Ona uzun saç yaraşdırmıram. Uzunboy deyil, paltarları qısadır... Elə gözəl sifəti var ki, "baby face"dir. Kübar xanımdır, incə geyinməlidir.

Dilarə Kazımovanın bəzi fotosessiyaların bəyənirəm. Ona qapalı geyimlər yaraşdırmıram. Onun "Eurovision"da geyindiyi paltarı da xoşlamamışdım.

Tünzalə Ağayevanın makiyajları xoşuma gəlmirdi, parıltılı olurdu. Son vaxtlar geyimləri çox iddialıdır.

Səmra Hüseynova kompleksiz adamdı, onun geyimlərindən xoşum gəlir.

Zülfiyyə Xanbabayeva ağ-qara rəngi sevir. O, ikondur artıq. Bir kəməri, pencəyi elə edə bilər ki, tam başqa nəsə görərsən.

Bu gün şou-biznesdə ən dəbli və gözəl geyinən Röya Ayxandır.

Brilliant Dadaşova ilə mən çalışıram. Onda çox partlayışlar olacaq. Tam fərqli bir işlər edəcək.

Aygün Kazımovanın obrazlarını çox bəyənirəm. Hər bir şeyi təqdim etməyi bacaran müğənnidir. Bu gün əyninə bir çuval geyinsə də, onu daşıya biləcək".(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər