Roza Zərgərli: "Nadir Qafarzadənin oxumağı heç kimə lazım deyil”
Tarix: 21-08-2019 00:33 | Bölmə: Şou-biznes
Roza Zərgərli: "Nadir Qafarzadənin oxumağı heç kimə lazım deyil”

Müğənni Roza Zərgərli bu dəfə aktrisalıq sevdasından bəhs edib.

Sənətçi "Üçümüz" verilişində sualları cavablandırıb. Tamaşaçıların ona yazdığı məktublara cavab verən Roza çəkilmək istədiyi filmi açıqlayıb:

"Mafiya anası obrazında, "Xaç anası" olmaq istəyirəm. "Titanik"in ikincisi olsa, çəkilmək istəyərəm. Amma leonardo Di Kaprio ilə yox".

Aparıcıların "Vaxt azalır, veriliş yerləşməyəcək" sözlərinə isə Roza "Nadir Qafarzadəni kəsərsiz. Onun oxumağı heç kimə lazım deyil, kəsin getsin" cavabını verib.

Qeyd edək ki, verilişdə Rozadan əvvəl müğənni Nadir Qafarzadə qonaq olub.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}