Nazpəri Dostəliyeva yeni klipini təqdim edib - Video
Tarix: 23-11-2019 23:20 | Bölmə: Şou-biznes
Nazpəri Dostəliyeva yeni klipini təqdim edib

Xalq artisti Nazpəri Dostəliyeva “Dözmədim sənsizliyə” klipinə təqdimat mərasimi keçirib. Rejissoru Şəhanə Ayazqızı olan ekran işində ifa olunan mahnının musiqisi Nailə Mirməmmədliyə, sözləri Eltəkin Səfərəliyevə məxsusdur.

Müğənni yeni işinin seviləcəyinə inanır. Hər zaman medianı təəccübləndirməyi sevdiyini deyən Dostəliyeva tez-tez təqdimat etmədiyini də bildirib: “Sənətlə səhnəyə gələnləri pafoslu çıxışlar maraqlandırmır.

Mahnının sözlərini gənc həkim yazıb. Eşidəndə gördüm ki, duet tələb olunur. Duet ortaqlığını da söz müəllifinin özünə təqdim etdim”.

Müğənninin sözlərinə görə, klipin rejissoru pərəstişkarı, tez-tez küsüb-barışdığı Şəhanədir:

“Mahnı oxumaq asan deyil. Bu mahnıda nə ərəb, nə türk, nə hind notları var. Sırf Azərbaycan musiqisidir”.

Nazpəri daha sonra “Bu gün konfransı elə restoranda edər, burada elə adamlar otuzdurub, elə səs-küy yaradardım ki... Amma mən sənəti göstərmək istədim”, - deyib.

Bəstəkar Nailə Mirməmmədli isə bildirib ki, uşaqlıqdan musiqi həyatının ana xətti olub:

“Musiqini hamıya qısqanmışam. İnanıram ki, bu mahnımız sizə xoş gələcək. Estrada musiqisi sıfır dərəcəsindədir. Efirləri başqa musiqilər ələ alıb. Mahnımı təqdim edəndə çalışdım ki, Nazpəri xanımın da sənətinə xələl gətirməyim”.

Rejissor isə klip hazırlığının bir həftə çəkdiyini deyib: “Çünki Nazpəri xanım tələsirdi ki, iş tez hazır olsun”.

Dostəliyeva klipə xərclədiyi vəsaitlə bağlı suala cavabında deyib ki, mənə pul maraqlı olmadı: “Nə qədər ömrüm var, gənclərə dəstək olacam. Qoy məndən sonra arxamca yaxşı danışılsın. Əgər arxamca deyilsə ki, yaxşı, xeyirxah adamdır,- bu, bəsimdir”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}