14:41 / 22-10-2025
Yeni medal təsis edilib
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
Tarix: 22-10-2025 16:02 | Bölmə: Xəbərlər
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib

Dünyanın bir neçə ağcaqanadsız ölkələrindən biri kimi tanınan İslandiya bu titulunu itirməyə başlayır.

Reyting.az
xəbər verir ki, paytaxt Reykyavikdən təxminən 30 kilometr şimalda ilk dəfə təbiətdə "Culiseta annulata" ağcaqanadları aşkar edilib.

Alimlər bu yenilikdən təəccübələniblər.

İslandiya Təbiət Elmləri İnstitutundan entomoloq Matthias Alfredsson deyib ki, iki dişi və bir erkək ağcaqanad tutublar.

"Ağcaqanadları cəlb etmək üçün istifadə olunan qızdırılan şərab və şəkər qarışığı ilə hazırlanmış tələlərdən yararlandıq. Bu, İslandiyada vəhşi təbiətdə ağcaqanadların ilk müşahidəsidir", - Alfredsson bildirib.

Onun sözlərinə görə, illər əvvəl Keflavik hava limanına enən təyyarədə yalnız bir Arktika növü ortaya çıxsa da, bu nümunə sonradan yox olub.

Ağcaqanadların ölkəyə gəmilər və ya yük konteynerləri ilə gətirildiyi ehtimal olunur. Bəzi ekspertlər buna qlobal istiləşmənin səbəb ola biləcəyini düşünürlər.

Bununla belə, daha uzun yay və isti qış ağcaqanadların yeni ərazilərə yayılmasını asanlaşdırır. Mütəxəssislər deyirlər ki, yazda aparılan yeni müşahidələr növün İslandiyada qalıcı olub-olmayacağına aydınlıq gətirəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər