15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
“Xəzər” TV-də bəzi müğənnilərə qadağa qoyuldu
Tarix: 11-03-2020 15:56 | Bölmə: Şou-biznes
“Xəzər” TV-də bəzi müğənnilərə qadağa qoyuldu

“Xəzər” TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay Zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib.

M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətini artırmaq göstərişi verib. Bu səbəbdən də “5-də 5” üçün hazırlanan həftəlik planda dəyişiklik edilərək, ifaları ilə müzakirələrə səbəb olan şuo-biznes nümayəndələri siyahıdan çıxarılıb.

Hətta Zaur Kamal “5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb: “Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”.

Həmçinin yeni kanal rəhbəri “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər