15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
“Eurovision-2020” təmsilçimizin mahnısı çox bəyənilir - Foto
Tarix: 20-03-2020 23:06 | Bölmə: Şou-biznes
“Eurovision-2020” təmsilçimizin mahnısı çox bəyənilir

İspaniyanın “Los Replicantes” portalında “Eurovision-2020” müsabiqəsində Azərbaycanı təmsil edəcək Samirə Əfəndinin “Kleopatra” mahnısı ilə bağlı məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, müsabiqədə etnik mahnı ilə çıxış edəcək yeganə ölkə Azərbaycandır. Azərbaycan bu mahnı müsabiqəsinə ilk dəfə 2008-ci ildə qatılıb və artıq 2011-ci ildə Düsseldorfda Ell & Nikki dueti ilə qələbə qazanıb.

Bakı sakini Samirə Əfəndi “Eurovision-2020”-də Allan Roy Skot, Sara Leyk və Lük van Birsin (Niderland) bəstələdikləri “Kleopatra” mahnısı ilə çıxış edəcək. Gurultulu üslub üzərində qurulmuş bu ifa etnik və elektron səslərin qarışığını ifadə edir.

“Kleopatra” 180 saniyə ərzində elektron musiqisinə xas olan müvafiq intervallarla səslərin klassik Azərbaycan musiqisi ilə sintezini yarada bilib, mahnını ərəb və ya yəhudi melodiyasına oxşar nəqarətlə bitirməyə müvəffəq olub.

Məqalənin müəllifi əminliklə qeyd edir ki, mahnı valeh də edə bilər, qorxudar da, amma sizi biganə qoymaz.(MTV)

“Eurovision-2020” təmsilçimizin mahnısı çox bəyənilir

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər