Emin Ağalarov ikinci həyat yoldaşından da boşanıb - Foto
Tarix: 14-05-2020 13:53 | Bölmə: Şou-biznes
Emin Ağalarov ikinci həyat yoldaşından da boşanıb

Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilovadan da ayrılıb.

Reyting.az
MTV-yə istinadla xəbər verir ki, bu barədə 41 yaşlı ifaçı sosial media hesabında toy fotosunu paylaşaraq məlumat verib.

Sənətçi həyat yoldaşına qarşı olan hisslərini bu sözlərlə ifadə edib:

“Bu, həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Mən sənə qarşı böyük hörmət və minnətdarlıq hissi duyuram”.

Alyona Qavrilova isə “Instagram” hesabında “Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir”,- deyə ayrılıq xəbərinə reaksiya verib.

Xatırladaq ki, cütlük 2018-ci il iyulun 14-də ailə həyatı qurub. Onların bu nikahdan Afina adlı qız övladları var.

Emin Ağalarov ikinci həyat yoldaşından da boşanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}