Elza Seyidcahan şou-biznesdəki kişilərdən küsüb
Tarix: 08-07-2020 00:35 | Bölmə: Şou-biznes
Elza Seyidcahan şou-biznesdəki kişilərdən küsüb

52 yaşını qeyd edən Əməkdar artist Elza Seyidcahan "5/5" proqramında qonaq olub.

Sənətçi aparıcı Zaur Kamalın “Xanım sənətçilərlə küsülüsən, bəylərlə yox” sualına cavabında deyib ki, küsülü deyil:

“Verilişlərin birində reklam arasında bir bəylə mübahisəmiz oldu. Sadəlik edirəm, ondan istifadə edirlər. Özümü dartmıram, amma mənə yaraşır. Hər zaman deyiblər ki, “sən özünü darta bilərsən, bu sənə yaraşır”. Demişəm “Yox, Allaha xoş getməz”.

Bəylərin hamısı ilə küsülüyəm, bəydən xanım küsər. Bəylər xanımların nazını çəksinlər. Kiməsə düzgün söz deyirəm, xətrinə dəyirsə, küssün”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}