Əməkdar artist cəbhədəki əsgərlərimizə yardım göndərib
Tarix: 06-10-2020 13:46 | Bölmə: Şou-biznes
Əməkdar artist cəbhədəki əsgərlərimizə yardım göndərib

Əməkdar artist Yusif Mustafayev cəbhə bölgəsində olan əsgərlərə yardım edib.

Reyting.az
“Yeni Sabah”a istinadla xəbər verir ki, Y. Mustafayev iki gün bundan əvvəl cəbhəyə həm əsgərlər üçün lazımi əşyalar, həm də müəyyən maliyyə yardımı edib:

“Məbləği açıqlamaq istəmirəm, çünki sonra söyüşlər yazırlar. Biz bu vətənin oğluyuq, hər birimiz bacardığımızı etməliyik, Allah tezliklə bizi sevindirsin”.

Müğənni qeyd edib ki, bundan sonra geriyə addım atmaq olmaz:

“Bizim dünyaya dərs verə biləcək Prezidentimiz var. Onların qərarı nə olsa, razılaşacağıq. Ancaq mən düşünürəm ki, bu yoldan geri qayıtmaq düzgün deyil. Çünki biz gələcək nəsillərə ilan yuvası saxlamamalıyıq, Qarabağı onlardan təmizləməliyik ki, millətimiz rahat olsun. Mən də bu xalqın nümayəndəsi kimi istəmərəm ki, döyüşlər dayansın”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}