17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Faiq Ağayev Şuşada konsert verməyə hazırlaşır - Əsgərə məktub
Tarix: 15-10-2020 09:58 | Bölmə: Şou-biznes
Faiq Ağayev Şuşada konsert verməyə hazırlaşır

Xalq artisti Faiq Ağayev əsgərlərimizə hədiyyə və məktub göndərib.

Reyting.az
xəbər verir ki, müğənni Faiq Ağayev məktubunda yazıb:

“Əziz, sevimli, igid qardaşlarım!

Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir!

Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanları ilə fəxr edir, qürur duyur!

Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!

İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}