15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
“Avroviziya 2021” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək - Siyahı
Tarix: 19-11-2020 17:06 | Bölmə: Şou-biznes
“Avroviziya 2021” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək

“Avroviziya 2021” mahnı müsabiqəsində 41 ölkənin iştirak edəcəyi dəqiqləşib.

1956-cı ildən keçirilən “Avroviziya” müsabiqəsi ictimai teleradiolar qurumu olan Avropa Yayım Birliyinin layihəsidir. 2020-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilməli olan 65-ci yarışma koronavirus pandemiyası üzündən baş tutmayıb, Avropa Yayım Birliyi müsabiqənin 2021-ci il mayın 18-dən 22-dək eyni məkanda təşkilinə qərar verib.

Reyting.az Novator.az-a istinadla xəbər verir ki, ilk yarımfinalda (18 may) çıxış ardıcıllığı belədir:

Şimali Makedoniya
Belarus
Litva
İsveç
Sloveniya (Ana Sokliç)
Avstraliya (Cessika Alissa Serro)
İrlandiya
Rusiya
Norveç
Kipr
Xorvatiya
Azərbaycan (Samirə Əfəndi)
Malta (Destini Çukunyere)
İsrail (Eden Alene)
Ukrayna (“Go A” qrupu)
Rumıniya (Larisa Roxana)
Belçika (“Huverfonik” qrupu).

İkinci yarımfinalda (20 may) sıralama belə müəyyənləşib:

Avstriya (Vinsent Bueno)
Moldova (Natalya Qordienko)
Polşa
San Marino (Senhit Zadik Zadik)
Serbiya
İslandiya (“Datamaqnit” qrupu)
Çexiya (Ben Kristovao)
Yunanıstan (Stefaniya Liberakakis)
Estoniya
Danimarka
Bolqarıstan (Viktoriya Georgiyeva)
İsveçrə (Con Muharremay)
Finlandiya
Ermənistan
Latviya (Samanta Tina)
Gürcüstan (Tornike Kipiani)
Portuqaliya
Albaniya.

Mayın 22-də keçiriləcək finala birbaşa vəsiqə bu ölkələrə verilib:

Almaniya
Böyük Britaniya
Fransa
İspaniya (Blas Kanto Moreno)
İtaliya
Niderland (Janqyu Makroy).




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər