17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Polis Aşıq Namiqlə bağlı şikayəti araşdırıb
Tarix: 16-07-2021 20:29 | Bölmə: Şou-biznes
Polis Aşıq Namiqlə bağlı şikayəti araşdırıb

“Heç bir qadını döyməmişəm, kamera görüntüləri də var. Polis baxıb, araşdırıb. Sadəcə, şər-böhtan atırlar, mənə qarşı “ssenari” hazırlayıblar”.

Reyting.az
xəbər verir ki, bunu tanınmış aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında bir qadını döyməsi, ona qarşı seksual hərəkətlər etməsi və buna görə polisə düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Namiq Fərhadoğlu iddia edir ki, tanınmış bir aşıq ona qarşı oyun qurub:

“Bilirəm, bu işin başında bir aşıq dayanır. Onun da məqsədi var. Görür ki, gündəmdəyəm, toylarım, məclislərim çoxdur, gündə efirdəyəm, məni “vurur”. Özüm adını çəkmirəm. Özü ilə də danışmışam, boynundan atır. Döyüldüyünü iddia edən o qadın həmin aşığın tələbəsidir. Heç kimi döyməmişəm, söyməmişəm, təhqir etməmişəm. Lap tutaq ki, ona “gözəl” deyə müraciət etmişəm, burada seksual hərəkət var? Subay oğlanam, deyəndə nə olacaq ki..? Burada nə var ki? Cabir Novruz demişkən: “Hərdən çirkinə də gözəlsən deyin”.

Qeyd edək ki, “Report”un xəbərinə görə, Aşıq Namiq Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi E.R. (şərtidir) hüquq-mühafizə orqanlarına şikayətində iddia edir ki, N. Fərhadoğlu tərəfindən döyülüb və aşıq ona qarşı seksual xarakterli hərəkətlər edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}