Emin Ağalarovun Alsu ilə yeni klipi təqdim olunub - Video
Tarix: 23-07-2021 14:03 | Bölmə: Şou-biznes
Emin Ağalarovun Alsu ilə yeni klipi təqdim olunub

Xalq artisti Emin Ağalarov Rusiyanın məşhur ifaçısı Alsu ilə bir araya gələrək "Разные" klipini təqdim edib.

Reyting.az
xəbər verir ki, klipin rejissoru və operatoru Yevgeniy Kuritsyn, musiqi və sözlərin müəllifi isə Daria Kuznetsovadır.

“Bu gözəl mahnını Alsu ilə oxuduğumuza görə çox şadam. Uzun illərdir ki, dostuq və ortaq bir iş ərsəyə gətirmək həmişə aramızda müzakirə olunub. Və nəhayət bu baş verdi. Mahnı çox gözəldir. Həqiqətən çox fərqliyik, fərqli sevgi hekayələrimiz var. Bu videoda hər şey sözsüz aydındır və nəticədən çox məmnunam", - deyə, Emin kliplə bağlı təəssüratlarını bölüşüb.

“Çoxdan bəri bizə uyğun olan mahnını axtarırdıq. Bu çox gözəl parçanı yazdığına görə müəllifimiz Dariaya təşəkkür edirəm. Klipimiz filmə bənzəyir, burada artıq sözlər yoxdur - əvəzinə musiqi danışır. Nə qədər fərqli olsanız da, sevgi yenə də qalib gəlir”,- deyə Alsu bildirib.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}