Xumar Qədimova daha bir mahnısını pərəstişkarları ilə bölüşüb - Video
Tarix: 14-09-2021 10:00 | Bölmə: Şou-biznes
Xumar Qədimova daha bir mahnısını pərəstişkarları ilə bölüşüb

Əməkdar artist Xumar Qədimovanın Azərbaycan klassikləri ilə yanaşı türk klassiklərinə də sevgisi böyükdür.

Reyting.az
xəbər verir ki, bu səbəbdən X. Qədimova oxuduğu “Gel gör beni aşk neyledi” mahnısını sevənlərilə bölüşüb.

Əməkdar artist bildirib ki, Yunus Əmrənin sözlərinə bəstələnmiş bu mahnını illər əvvəl Türkiyədəki konsertində də ifa edib: “Çoxdankı arzum idi ki, bunu sevənlərimlə, dinləyicilərimlə də bölüşüm, nəhayət təqdim etdim”.

Xumar Qədimova Yunus Əmrənin digər bir şeirinə də mahnı bəstələyib. Yaxın vaxtlarda onu da təqdim etməyi düşünür.

Qeyd edək ki, Türk dili və mədəniyyətinin təməl daşlarından olan Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar UNESCO 2021-ci ili “Yunus Əmrə və Türk Dili İli” elan edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}