204 minlik üzük, 48 minlik gəlinlik... - Fotolar
Tarix: 23-11-2021 13:37 | Bölmə: Şou-biznes
204 minlik üzük, 48 minlik gəlinlik...

Model Pərvin Həsənzadə bir neçə gün öncə türk memar Cihad Önerlə ailə qurub. Gecədə iki gəlinlik dəyişən Pərvinin toyu ilə bağlı bəzi detallar ortaya çıxıb.

Reyting.az
-ın “Olay”a istinadla verdiyi məlumata görə, özəl günü üçün tanınmış gəlinlik brendindən iki libas seçən Pərvin bunun üçün 48 min lirə xərcləyib.

Modelin əlindəki üzüklər də diqqət çəkib. Məlum olub ki, onlar sənətçiyə həyat yoldaşı tərəfindən nişanda və toyda hədiyyə edilib.



Nişan üzüyünün qiyməti 108 min lirə, toyda hədiyyə edilən üzüyün qiyməti isə 204 min lirədir.

Qeyd edək ki, cütlüyün toyu Sait Halim Paşa yalısında baş tutub, gecəyə azsaylı qonaq dəvət edilib.

Onu da bildirək ki, P. Həsənzadə “Miss Eurasia-2014”, “Miss Bikini MDB-2014”, “Miss Asia-2014” yarışlarının qalibi olub. O, həmçinin 2016-cı ildə Bolqarıtanda “Miss Lady Universe” yarışmasında “Perfect Body” seçilib. Model uzun aylar Hindistan və İtaliyada çalışıb. O, bir neçə ildir İstanbula köçərək fəaliyyətini orada davam etdirir.






Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər