Oksana Rəsulova məşhur şou layihəsində təmsil olunur
Tarix: 24-11-2021 20:15 | Bölmə: Şou-biznes
Oksana Rəsulova məşhur şou layihəsində təmsil olunur

Dünyaca məşhur “Central Asia's Got Talent” (Talant Mərkəzi Asiya) şou layihəsinin münsiflər heyətinə daxil olan azərbaycanlının adı məlum olub.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, lisenziyalı layihənin əsas 4 münsif heyətindən biri aktrisa-rəqqasə Oksana Rəsulovadır.

O. Rəsulova məlumatı təsdiqləyib.

Qeyd edək ki, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Şounun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}