Modelyer müğənniyə yönələn ittihamlarla razılaşmır - Video
Tarix: 06-12-2021 22:59 | Bölmə: Şou-biznes
Modelyer müğənniyə yönələn ittihamlarla razılaşmır

Müğənni Nahidə Babaşlının ötən gün "Altın kelebek"də geyindiyi paltar sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları onun düzgün geyim seçmədiyini, zövqsüz olduğunu yazıb.

Reyting.az
xəbər verir ki, imicmeyker-modelyer Elnarə Bəkirova Nahidəni müdafiə edib. O, ifaçının ünvanına tənqidlər yazanlara cavab verib:

"Çox gözəl geyimi olub, səsi olmayan ora çıxsaydı, alqışlayacaqdıq? Bu nə məntiqdir? Xanımlar, bir-birimizi “baltalamaq” əvəzinə dəstək olaq. Demirəm, gözəl geyim seçimi olub. Amma bu qədər tənqid eləmək olmaz. İndiyənə qədər Nahidə Babaşlının mahnılarına qulaq asırdıq. Nə o məni, nə mən onu tanıyıram.

Onun geyimi doğru olmaya bilər. Kaş, bu işlə bağlı bilənlərə müraciət edərdi. Bu gün moda evim yoxdur, amma müraciət etsəydi, sevə-sevə dəstək olardım.

Tərəziyə qoymaq lazımdır, bu qız qalib olub. Türkiyənin məşhur ulduzları həmin gecədə səhnəyə çıxdı. Hamısı necə həyəcanlanırdı. Demək, bu önəmli bir gecədir. Düşünün ki, gənc ifaçı heç bir dəstəyi olmadan, bahalı geyimlər geyinmədən orada seçilib. Gəlin, bunu alqışlayaq.

Bu mövzu mənə təsir etdi, xanımların tənqidləri məni qıcıqlandırdı. Xanımlar, xahiş edirəm, bəsdirin! Siz hamınız gözəl geyinirsiniz. Böyük hərflə təbrikinizi yazın, geyimlə bağlı da qəlb qırmadan nəsə deyin".

Qeyd edək ki, Nahidə "Azərbaycanın parlayan ulduzu" mükafatına layiq görülüb. O, gecə üçün yaşıl məxmər paltar seçib. İfaçı geyimini qara ayaqqabı ilə tamamlayıb.(Axşam.az)






Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər