Bir neçə ölkə “Avroviziya 2023” müsabiqəsində iştirakını təsdiqləyib
Tarix: 14-06-2022 17:50 | Bölmə: Şou-biznes
Bir neçə ölkə “Avroviziya 2023” müsabiqəsində iştirakını təsdiqləyib

Bir neçə ölkə “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib. Reyting.az xəbər verir ki, iyunun 14-nə olan məlumata görə, artıq Albaniya, Almaniya, Avstriya, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Monteneqro, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna və Yunanıstan mahnı müsabiqəsində iştiraka razılıq veriblər.

Xatırladaq ki, müsabiqəyə Ukrayna ev sahibliyi etməlidir. Ancaq bu ölkə Rusiyanın hərbi işğalına məruz qaldığı üçün 2023-cü il yarışının başqa yerdə keçirilməsi mümkündür.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. 66 müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}