Azərbaycanda keçirilən yarışma qalmaqala səbəb olub - Video
Tarix: 05-12-2022 20:03 | Bölmə: Şou-biznes
Azərbaycanda keçirilən yarışma qalmaqala səbəb olub

Dünən baş tutan “Best Model of Azerbaijan-2022” yarışmasının finalında qalmaqal yaşanıb.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, xanımlar arasında Lina Uzunun birinci olması digər iştirakçıların etirazı ilə qarşılanıb və onlar müsabiqəni boykot edərək zalı tərk ediblər.

Qızlar və təşkilat komitəsi arasında yaranan narazılıq böyüməyə başlayıb.

İddia olunub ki, xanım qoyulan boy kriteriyalarına cavab vermir və Azərbaycanda yaşamır. Qaydalara uyğun olaraq ən yaxşı model azərbaycanlı olmalıdır.

Lakin, sözügedən xanımın gürcü və türk kökənli olduğu qeyd olunub.

Hətta sosial şəbəkələrdə final gecəsində meydana gələn gərginliklə bağlı video görüntülər də yayılıb.

Qeyd edək ki, məsələ ilə bağlı “Best Model of Azerbaijan-2022”nin milli direktoru Elxan Paşayevlə əlaqə saxlamaq mümkün olmayıb.







Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər