07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Xəstə heyvanlar bazarlarda satılır?
Tarix: 21-10-2025 09:53 | Bölmə: İqtisadiyyat
Xəstə heyvanlar bazarlarda satılır?

Şəkinin mal-qara bazarında xəstə halda, iri və xırdabuynuzlu heyvanların satılması ilə bağlı iddialar yayılıb.

Reyting.az
Ajans.az-a istinadla xəbər verir ki, həmin ərazi 2007-ci ildən fəaliyyət göstərir və burada aktiv şəkildə mal-qara satışı həyata keçirilir.

Lakin alıcı və satıcıları narahat edən problemlərdən biri də dezinfeksiya hovuzunun olmamasıdır. Əsas məsələ isə, camaatın çoxunun xəstə halda heyvanları almasıdır. Sakinlər bildirirlər ki, baytarlıq idarələri, aidiyyəti qurumlar vəzifələrini düzgün icra etmirlər. Ona görə də, bütün əziyyət fermerlərin üzərinə düşür.

Bazara hər gün satış üçün digər rayonlardan mal-qara, qoyun-quzu gətirilir. Kəndli hər birinə nəzarət edə bilmir. Fermerlər öz hesablarına peyvəndləmə aparır, xəstə heyvanlar təcrid olunur.

Yeri gəlmişkən, "Reytinq" xatırladır ki, son aylar ölkədə dabaq xəstəliyi də geniş yayılıb.




Bölməyə aid digər xəbərlər