07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
Tarix: 21-10-2025 09:48 | Bölmə: İqtisadiyyat
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır

ABŞ Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək üçün dondurulmuş rus aktivlərinin istifadəsini genişləndirmə planına qarşı çıxır.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Amerikalı rəsmilər avropalı həmkarlarına bildiriblər ki, ABŞ bu təşəbbüsə qoşulmur.

Mənbələrdən biri buna səbəbi kimi bazar sabitliyi üçün riskləri göstərib. Digər bir mənbə isə qeyd edib ki, hazırda ABŞ heç bir öhdəlik götürmür.

"Bu addım Avropa İttifaqı üçün uğursuzluqdur, çünki onlar digər "Böyük Yeddilik" (G7) ölkələrini mərkəzi bankların dondurulmuş aktivlərindən kredit cəlb etmək üçün 140 milyard avro (160 milyard dollar) dəyərində kredit təminatı planına cəlb etməyə çalışırdılar", - qeyd edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər