Bakı sakinləri Türkiyənin məşhur müğənnisindən narazıdır
Tarix: 09-12-2022 00:06 | Bölmə: Şou-biznes
Bakı sakinləri Türkiyənin məşhur müğənnisindən narazıdır

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın fevralın 19-da Bakı Konqres Mərkəzində planlaşdırdığı konsertə biletin qiyməti narazılığa səbəb olub.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, sənətçinin ifasını dinləmək istəyənlərdən 70-400 AZN arası ödəniş tələb olunur. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və narazılıqlar ifadə edilib. Sosial şəbəkə istifadəçiləri yazır ki, qiymət müəyyənləşdirilərkən insanların büdcəsi nəzərə alınmayıb.

Qeyd edək ki, bu, müğənninin Bakıya ilk gəlişi deyil. S. Ortaç daha əvvəl də bir neçə dəfə Bakıdakı müxtəlif məkanlarda çıxış edib. Bu dəfə isə qiymətlər həmişəkindən çox yüksəkdir.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər