14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Mədəniyyət Nazirliyində yeni təyinatlar olub
Tarix: 04-07-2023 17:08 | Bölmə: Xəbərlər / Mədəniyyət
Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}