Xanəndələrə "Əkinçi" diplomu niyə verilib? - Açıqlama
Tarix: 20-07-2023 12:05 | Bölmə: Xəbərlər / Mədəniyyət
Xanəndələrə "Əkinçi" diplomu niyə verilib?

"Biz mətbuat işçilərinin tədbirlərində fəal iştirak edirik. Onlara mədəni xidmət göstəririk".

Reyting.az
"Qaynarinfo"-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "Əkinçi” diplomu ilə təltif olunduğu üçün jurnalistlər tərəfindən tənqid olunmasına cavab verərkən deyib.

O bildirib ki, həmin tədbirdə tək xanəndələr deyil, aparıcılar, aktyorlar və bir çox tanınan şəxslər mükafatlandırılıb:

"Mən və Təyyar Bayramov "Əkinçi” diplomu ilə mükafatlandırıldıq. Biz o fotunu özümüz paylaşmışıq. Jurnalistlərin tədbirində iştirak edirik, eləcə də onlar bizim tədbirlərə qatılır. Sağ olsunlar ki, bizim zəhmətimizi qiymətləndirirlər. Bizi təbrik edən hər kəsə təşəkkür edirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}