Rusiyanın İsraildəki səfiri XİN-ə çağrılıb
Tarix: 29-10-2023 23:34 | Bölmə: Xəbərlər
Rusiyanın İsraildəki səfiri XİN-ə çağrılıb

Rusiyanın Tel-Əvivdəki səfiri Anatoli Viktorov HƏMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı etirazını bildirmək üçün oktyabrın 29-da İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

İsrail Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktorunun müavini, səfir Simone Halperin rusiyalı diplomata “İsrail HƏMAS terror təşkilatının Moskva tərəfindən birmənalı və açıq şəkildə pislənilməməsini ciddi şəkildə nəzərdən keçirir”, - deyə izahat verib.

Diplomatik departament qeyd edib ki, “7 oktyabr terror aktı və girov götürülməsinə görə birbaşa məsuliyyət daşıyan” HƏMAS liderlərinin Moskvaya dəvət edilməsi “israillilərə qarşı terroru qanuniləşdirmək” təəssüratı yaradır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər