Qubadlı rayonunda silah-sursat aşkarlanıb
Tarix: 03-11-2023 10:38 | Bölmə: Xəbərlər
Qubadlı rayonunda silah-sursat aşkarlanıb

Qubadlı rayonunda silah-sursat aşkarlanıb.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər