09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
AMEA-nın iki bölməsinə sədr seçilib
Tarix: 29-11-2023 13:23 | Bölmə: Xəbərlər
AMEA-nın iki bölməsinə sədr seçilib

AMEA-nın ümumi yığıncağında regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər keçirilib.

Reyting.az
xəbər verir ki, seçkinin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.

Onu da qeyd edək ki, ümumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb