09:27 / 17-10-2025
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
08:58 / 17-10-2025
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
08:52 / 17-10-2025
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
08:47 / 17-10-2025
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
08:42 / 17-10-2025
İsrail Livana 10-dan çox hava zərbəsi endirib
08:36 / 17-10-2025
ABŞ ordusu gəmiyə hücum edib
08:24 / 17-10-2025
Trampla Putinin telefon söhbətinin təfərrüatı açıqlanıb
08:18 / 17-10-2025
Farac Rusiya təyyarələrini vuracağına söz verib
08:12 / 17-10-2025
Tramp: “Tomagavk”lara özümüzün ehtiyacımız var
08:05 / 17-10-2025
3D-bioprinter tibb aləmində yenilik olacaq
07:53 / 17-10-2025
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
00:02 / 17-10-2025
Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə görüşəcəklər
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
18:07 / 12-10-2025

10:19 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

12:32 / 13-10-2025

08:06 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

14:10 / 16-10-2025

17:10 / 12-10-2025

Sumqayıt hadisələrini törətmək kimlərin marağında idi?
Tarix: 28-02-2024 17:18 | Bölmə: Xəbərlər

İbrahim Əliyev
Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri
Sumqayıt hadisələrindən 36 il keçsə də, həqiqətin tam açılmasına daim ehtiyac duyulur. Bunu nəzərə alaraq bir neçə il əvvəl nəşr edilmiş yazımı təkrarən oxucuların ixtiyarına verirəm:
SSRİ-nin dağılması ərəfəsində bu dövlətin ərazisində baş vermiş müəmmalı hadisələrdən biri də 1988-ci ilin fevral ayının 26-27-də Sumqayıt şəhərində törədilmiş fitnəkar hadisədir.
Faktik olaraq Sumqayıt təxribatı 1980-ci illərin axırlarında regionda əsası qoyulan bir siyasətin ilk təzahürlərindən ən məkrlisi və eybəcəri idi.
Sumqayıt iğtişaşları özbaşına qalxan kor-təbii bir hadisə deyildi. Bu, uzun bir dövr ərzində işlənib hazırlanmış, ən xırda detallarına qədər hesablanmış, başlanğıcı və sonu, hətta qurbanları olacaq adamların adları əvvəlcədən məlum olan cinayət hadisəsi idi. Digər cinayətlərdən yeganə fərqi isə onun ayrı-ayrı cinayətkar şəxslər və ya cinayətkar qrup tərəfindən deyil, Sovet dövlətində müqəddəs hesab edilən, xüsusi xidmət orqanları tərəfindən SSRİ-nin ali partiya və dövlət rəhbərlərinin göstərişi və “xeyir-duası” ilə həyata keçirilməsi idi.

Sumqayıt hadisələrinin başlanması, gedişi, nəticələri, başvermə yeri və zamanı əvvəlcədən düşünülmüş, ssenariləşdirilmiş, təsdiq edilmiş plana əsasən aparılmışdı. Bu plan isə konkret məqsədlər güdürdü. Həmişə olduğu kimi, həmin plan son dərəcə dəqiqliklə, yüksək peşəkarlıqla və “qüsursuz” icra edilmişdi. Bu planın diqqəti cəlb edən məqamlarından biri də o idi ki, onun iştirakçılarının əksəriyyəti hadisəni hazırlayan və idarə edən şəxslərdən fərqli olaraq, özləri də hiss etmədən idarə edilir, onların problemlərindən, emosional vəziyyətlərindən, insani hisslərindən cinayət əməlini həyata kemirmək üçün istifadə edilirdi.(1; 2; 3; 4)
Sumqayıt hadisələrinin SSRİ rəhbərliyinin göstərişi ilə hazırlanması və həyata keçirilməsini müxtəlif sənədlər də sübut edir. Hadisələrin və proseslərin gedişinə diqqət yetirdikdə pis maskalanmış və tələsik şəkildə ört-basdır edilmiş həqiqətləri müşahidə etməmək mümkün deyil.
Sumqayıt hadisələri iki qonşu xalqın münasibət probleminin nəticəsi deyildi. Bu hadisə SSRİ-nin iflası ərəfəsində imperiyanın ərazilərinin qopub ayrılmasının və müstəqil dövlətlərin yaranmasının qarşısını almaq, dünyanın yeni təsir dairələrinə bölüşdürülməsi məqamında həmin əraziləri öz təsirində saxlamaq və uzaq perspektivdə onları bir sərhəd daxilində yenidən birləşdirməyə yönəlmiş nəhəng və uzunmüddətli bir planın tərkib hissəsi idi.
Əlbəttə, bu tipli münaqişə ocaqlarının alovlandırılması anında yerli problemlər, milli, dini maraqlar, tarixi incikliklər əsas məqsədləri və onun əsl törədicilərini pərdələmək üçün qabardılır, milli problemlər ön plana çəkilir, münaqişəyə milli xarakter damğası vurulur. Elə məhz başlanğıc məqamında milli-etnik düşmənçiliyin aktuallaşması qarşıduran tərəflərin özündə gözlənilməz bir hadisə kimi qarşılanır. Buna görə də Qarabağ münaqişəsinin başlanğıcında törədilmiş Sumqayıt hadisələrinə gətirilən səbəblər təbii ki, normal məntiqə uyğun gəlmir. Sumqayıt hadisələrinin səbəbi məhz bu maraqlar idi. Azərbaycanda və Ermənistanda qızışdırılan düşmənçilik başlanmış işlərə haqq qazandırmaq məqsədi güdürdü.
Müxtəlif sənədlərdə milli amil qəsdən qabardılır. Əsas məqsədləri ört-basdır etmək, imperiya maraqlarını pərdələmək üçün Sumqayıt hadisələrində erməniləri başlıca maraqlı tərəf kimi on plana çıxarırlar.
Erməni pravokatorlar – Qriqoryan və onun qohum-əqrəbası qırğının törədiciləri kimi təqdim edilir.
Ermənilərin həm Sumqayıt hadisələrində, həm də bütövlükdə Qarabağ münaqişəsində təqsiri böyükdür. Onlar bilirdilər ki, Azərbaycana qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur, lakin özlərinin maraqları xatirinə xəyanətə getməyə, Azərbaycana qarşı fitnələrdə ən mənfur rolu oynamağa razı olmuşdular. Onlar hətta Azərbaycanda, o cümlədən Sumqayıtda, Bakıda yaşayan erməniləri qurban verməyə hazır olurlar. Onlar bu cinayətin ən qəddar icraçısı kimi çıxış edirlər.
Sumqayıt hadisələri zamanı SSRİ-nin maraqlarını satmış, mövcud ictimai-iqtisadi sistemdən və ideologiyadan imtina etməyə hazırlaşan Sovet dövləti və Kommunist Partiyası rəhbərliyi öz niyyət və məqsədlərini elə də ciddi gizlədə bilmir, hər addımda öz xəyanətkar mövqelərini büruzə verirdilər. Ola bilər ki, həmin vaxt sovet qanunlarının və partiya prinsiplərinin müqəddəsliyi onları artıq maraqlandırmırdı. Onlar başladıqları dağıdıcılıq işini axıra çatdırmaq üçün cəmiyyətin gözündə ifşa olmaqdan çəkinmədən açıq-aşkar cinayətə gedirdilər.
Sumqayıt hadisələri SSRİ-də və sosializm dünyasında törədilən birinci və ya axırıncı cinayət deyildi. Sovet İttifaqının müxtəlif yerlərində alovlandırdıqları münaqişə ocaqlarının hamısı cüzi fərqlə bir-birini təkrar edirdi.
Əlbəttə, Sumqayıt hadisələrinin bütün cəhətləri barəsində geniş danışmaq olar. Bu barədə kifayət qədər tədqiqatlar, analitik məqalələr də mövcuddur. Lakin onların hamısının ümumi problemli cəhəti yekun nəticələrin həqiqi reallığı olduğu kimi əhatə etməməsidir. (1; 2; 3; 4) Bu hadisələrin araşdırılmalı məqamları kifayət qədər çoxdur. Ən başlıcası isə, Sumqayıt hadisələri və onunla eyni xarakteri daşıyan və eyni kateqoriyaya aid edilən münaqişələr lokal xarakterli bir hadisə deyil, onlar daha böyük, daha miqyaslı nəhəng bir prosesin tərkib hissələri idi. Buna görə də o hadisələrin düzgün qiymətləndirilməsi gedən prosesin səbəbləri, məntiqi davamı, qlobal nəticələri kontekstindən mümkündür. Hazırda həmin qlobal prosesin bitmədiyini və öz gedişinin qızğın mərhələsində olduğunu nəzərə alaraq qeyd etməliyik ki, obyektiv qiymətləndirməyə mane olan amillər kifayət qədər çoxdur. Bu mənada, bu vaxta qədər aparılan tədqiqatlardakı çatışmazlıqlar müəyyən qədər başadüşüləndir.
Hazırkı məqalədə başlıca məqsəd Sumqayıt hadisələrində Sovet rəhbərliyinin qəribə mövqeyinə, verilən qiymətlərin, qəbul edilən qərarların mahiyyətinə diqqət yetirməkdir. Onların sadəcə, nəzərdən keçirilməsi çox həqiqətləri daha dərindən anlamağa imkan verir. Zaman keçdikcə üzə çıxan yeni faktlar, hadisələrin obyektiv gedişi və onların gətirib çıxardıqları reallıqlar məsələnin mahiyyətini daha əsaslı şəkildə əks etdirir.(5; 6; 7)
Sumqayıt hadisələrinin, eləcə də ona qədər SSRİ-nin müxtəlif yerlərində etnik zəmində baş vermiş bütün münaqişələrin bir mərkəzdən idarə olunması, konkret məqsədlərə xidmət etməsi artıq çoxları üçün sirr deyildir. Uzun illər keçməsinə baxmayaraq, onların həqiqi məqsədləri, mahiyyəti barədə mübahisələr davam etməkdədir. Bu da həmin hadisələrin bu gün də davam edən qlobal bir prosesin tərkib hissəsi olaraq nəhəng güc və nüfuz sahibi olan, hadisələrin gedişinə təsir etmək gücünə malik qüvvələrin maraqlarına toxunması, həmin səbəbdən də həqiqqətin ortaya qoyulmasının qarşısının alınmasıdır. Bu mənada Azərbaycanın, onun tədqiqatçılarının dönə-dönə bu məsələlərin, o cümlədən Sumqayıt hadisələri ilə bağlı olan məsələlərin üzərinə qayıtması və dünyaya çatdırılması son dərəcə vacibdir.
Azərbaycanın müasir dövrdə başına gətirilən müsibətlərin yalnız ermənilərlə bağlanması diqqəti daha güclü, daha məkrli qüvvələrin cinayətlərindən yayındırmaq, baş verən hadisələrə lokal don geyindirmək, özlərini isə həqiqətin bərqərar edilməsinə xidmət göstərən qüvvə kimi təqdim etmək məqsədi daşıyır.
Şübhəsiz, ermənilərin bu proseslərdə oynadığı mənfur xəyanətkar rol danılmazdır. Lakin unutmaq olmaz ki, ermənilərin hüquqlarının müdafiəsi adı altında daha iyrənc siyasət yeridilir. Bu məsələdə ortada olan milli-etnik maraqlar qabardılaraq əsas məqam kimi təqdim olunur.
Bu vaxta qədər Sumqayıt iğtişaşları zamanı baş verən hadisələrin, onun haqqında çıxarılan qərarların, hakimiyyət orqanları tərəfindən atılan addımların birmənalı qəbul edilən qaneedici izahı yoxdur. Bu həqiqətlər Azərbaycan ictimaiyyəti və dövləti tərəfindən birmənalı şəkildə qəbul edilsə də, onun dünyaya təqdim edilməsində anlaşılmazlıqlar kifayət qədər çoxdur.

Həmin hadisələrə SSRİ dövlətinin və hakim Kommunist Partiyası rəhbərliyinin sərgilədiyi münasibət, dedikləri fikirlər, qəbul etdikləri qərarlar onların məsələnin mahiyyətini saxtalaşdırmaq və həqiqətləri ört-basdır etmək cəhdlərindən başqa bir şey deyildi. Hadisədən sonra Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunda aparılmış müzakirələr, orada irəli sürülən mülahizələr belə ciddi bir problemə həmin münasibəti bir daha nümayiş etdirir. Orada M. Qorbaçovun Qarabağ münaqişəsinin səbəbləri, Sumqayıt hadisələrinin iştirakçıları haqqında dediyi fikirlər, hadisələrə bütövlükdə verilən qiymət məsələyə qeyri-ciddi münasibəti göstərir. Bu iclasların protokolları da orada real vəziyyəti gizlətmək üçün edilən canfəşanlığı əyani şəkildə əks etdirir.
Əvvəla, Sumqayıt şəhərinin əhalisi haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Guya bu şəhərin əhalisinin hər beş nəfərindən biri kriminal aləmə mənsubdur.
Hadisələrin başıpozuq xuliqan dəstələr tərəfindən törədildiyi bildirilir. Hadisələrdən ötən dövr ərzində bunun həqiqətə uyğun olmadığı dəfələrlə sübuta yetirilib.
Qarabağ problemindən danışarkən baş katib onu heç vaxt olmayan səbəblərlə əlaqələndirir. Dağlıq Qarabağın daim diqqətdən kənarda qalmasından, sosial-iqtisadi inkişaf cəhətdən respublikanın ümumi səviyyəsindən geridə olmasından, erməni əhalinin etnik və dini ayrı-seçkiliyə məruz qalmalarından danışılır. Lakin Sovet dövləti rəhbərliyinin DQMV sosial iqtisadi və mədəni inkişafından xəbəri olmaması qeyri-mümkündür. Onun dəlilləri Sov.İKP MK-nın 1988-ci ildə qəbul etdiyi qərarda verilmiş faktlarla təkzib olunur. Gətirilən bəhanələrin qondarma olmasının sübutu üçün o qədər də çox vaxt tələb olunmur. Qarabağ münaqişəsi dərinləşdikcə, onu törədənlərin əsl məqsədləri aşkar olduqca hadisələrin başlanğıcında irəli sürülən bəhanələrin gülünclüyü təkrar-təkrar üzə çıxır.
Sumqayıt hadisələrindən danışılarkən sovet milisinin və ordu hissələrinin, təhlükəsizlik orqanlarının seyrçi mövqe tutmasının məsuliyyəti də Azərbaycan hökumətinin ayağına yazılır, onların səhlənkarlığının və gizli niyyətlərinin nəticəsi kimi izah edilir. Halbuki onların belə passiv mövqeyi mərkəzi hakimiyyətin niyyətlərindən xəbər verirdi.

Burada hadisədən sonra Sov.İKP MK Siyasi Bürosunun iclaslarında aparılan müzakirələrə bir daha qayıtmaq və təhlil etmək istərdik. (8, F.89,siy.42,iş 19. V. 1-8; 9, F.89,siy.42,iş 18. V. 1-11) Sumqayıt hadisələri baş verdikdən sonra Sov.İKP MK Siyasi Bürosunda keçirilən müzakirələrin də məqsədi erməni-azərbaycan münaqişəsinə təkan vermək, ölkənin ali partiya orqanı adından hadisələrə siyasi damğa vuraraq onu istədikləri donda təqdim etmək idi. Bütün bunlar sübut edir ki, Sumqayıt hadisələri təsadüfən baş verməmişdi. Bu pis maskalanmış cinayət hadisəsi Azərbaycanın müstəqillik iradəsinə qarşı çevrilmiş bir avantüra idi.
Sumqayıt hadisələri sonrakı illərdə davam etdirilən təxribatların başlanğıcı oldu. Həmin hadisələrin axıra kimi araşdırılmasına, onun səbəblərinin, gedişinin, nəticələrinin tam şəkildə işıqlanmasına, ən başlıcası isə ona hərtərəfli hüquqi qiymətin verilməsinə ehtiyac qalmaqdadır. Kimin kim olduğu öz təsdiqini tapdıqdan sonra o təxribatların nəticələrinin tam aradan qaldırılmasından və problemin ümumi həllindən danışmaq olar.
Ədəbiyyat:
1. Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. - Bakı: “Qartal”, 1998. - 280 s.
2. Armenian provocation – Sumqait events; Erməni fitnəsi – Sumqayıt hadisələri. Bakı: Nurlan, 2008. 96 səhifə.
3. Məmmədov İ.M. Azərbaycana qarşı Sumqayıt təxribatı - “Qriqoryanın işi”, Bakı, “Təhsil”, 2013, 336 s.
4. Aslan İsmayılov. Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı. Bakı: Çaşıoğlu. 2010. 204 səh.
5. Sumqayıt hadisələri – 2008.prokurorluq. http://www.prokurorluq.gov.az/sumqayit/
6. Уголовное Дело № 18/55461-88. Сумгаит. 1989. (I) https://web.archive.org/.../sumgayit19.../files/cinayat1.pdf;
7. Уголовное Дело № 18/55461-88. Сумгаит. 1989. (II) https://web.archive.org/.../sumgayit19.../files/cinayat2.pdf
8. Российский Государственный Архив Новейшей Истории (РГАНИ). f.89,siy.42, iş 19. V. 1-8
9. РГАНИ. f.89,siy.42,iş 18. V. 1-11.
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
Bu gün, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
Dünən, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
Dünən, 22:06
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
Dünən, 21:46
Trampla Putin Budapeştdə görüşəcəklər
Dünən, 20:20
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
Dünən, 19:43
Döyüş robotu müharibəyə hazırdır
Dünən, 16:56
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
Dünən, 15:43
Keçmiş diplomata hökm oxunub
Dünən, 15:02
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
Dünən, 14:56
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
Dünən, 13:05
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
Dünən, 11:48
Xocavəndə növbəti köç olacaq
Dünən, 10:43
Konvertoplan digər dronları üstələyir - Foto
Dünən, 08:56
Avropanın “Dron divarı” planı baş tutmayıb
15-10-2025, 17:44
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
15-10-2025, 17:28
Bakıda Zəfər Günü parad olacaq
15-10-2025, 16:17
Deputatın mandatına xitam verilib
15-10-2025, 15:39
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15-10-2025, 14:38
Rusiya dəmir yollarına hücumları artırıb
15-10-2025, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
15-10-2025, 13:25
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
15-10-2025, 12:54
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
15-10-2025, 12:46
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
15-10-2025, 11:57
Xırdalanda 20 yaşlı gənc öldürülüb
15-10-2025, 10:37
"Azneft”in direktoru vəzifədən azad olunub
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:21
Suriyanın yeni lideri Moskvaya gəlir
14-10-2025, 21:22
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
14-10-2025, 19:04
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
14-10-2025, 17:53
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
14-10-2025, 16:51
Akademiyaya rektor təyin edilib
14-10-2025, 15:38
Azərbaycan əhalisi artıb
14-10-2025, 14:17
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14-10-2025, 13:07
Agentliyin işçiləri "Sədərək"də döyülüb
14-10-2025, 11:03
Prezident Sülh Sammitindən paylaşım edib - Video, Fotolar
14-10-2025, 10:51
Şagird yerdəyişməsinə start verilir
14-10-2025, 09:49
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil"
14-10-2025, 09:40
Bu gün üç rayonda qaz olmayacaq
14-10-2025, 08:37
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
14-10-2025, 08:22
Rusları Latviyadan niyə qovurlar?
14-10-2025, 08:14
Belçika silahlanmaya 34 milyard avro xərcləyəcək
14-10-2025, 08:08
Bayden Trampı və komandasını tərifləyib
13-10-2025, 17:03
Agentliyin strukturu yenidən təşkil olunacaq
13-10-2025, 16:57
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
13-10-2025, 14:13
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13-10-2025, 13:38
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13-10-2025, 11:17
Son 24 saatda Zaporojyaya 570 zərbə endirilib
13-10-2025, 09:21
"Vüsal 300" ev dustaqlığına buraxılıb