10:19 / 12-10-2025
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
09:24 / 12-10-2025
Yarım əsrin ən ağır təyyarə qəzaları…
09:07 / 12-10-2025
Xərçəng xəstəliyini ağız qoxusu ilə müəyyən edəcəklər
09:00 / 12-10-2025
Kino ulduzu "Tayler Reyk"-ə dönür
23:11 / 11-10-2025
Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib
18:04 / 11-10-2025
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
17:07 / 11-10-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
14:35 / 11-10-2025
İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb
13:50 / 11-10-2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
13:48 / 11-10-2025
2025-ci ilin ən yaxşı binası seçilib - Fotolar
12:34 / 11-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:02 / 11-10-2025
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
11:43 / 11-10-2025
General Rasim Əliyev vəfat edib
11:23 / 11-10-2025
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birgə görüşü olacaq
10:20 / 11-10-2025
Azərbaycanda palçıq vulkanı püskürüb
09:48 / 11-10-2025
Metroda ölüm hadisəsi baş verib
00:42 / 11-10-2025
DÇ-2026: millimiz Fransa yığmasına uduzub
22:29 / 10-10-2025
"Antalyaspor"da baş məşqçi təyinatı olub
21:45 / 10-10-2025
İlham Əliyev Tacikistana səfərindən videopaylaşım edib
21:40 / 10-10-2025
Fransa və Azərbaycan yığmalarının start heyətləri bəlli olub
19:49 / 10-10-2025
Baş məşqçi: "İsraillə fərqli atmosferdə oyun olacaq"
19:28 / 10-10-2025
"Kayserispor" yeni baş məşqçi ilə anlaşıb
19:14 / 10-10-2025
Hikmət Hacıyev: "Bu, Azərbaycanın çoxşaxəli xarici siyasətin təzahürüdür"
18:49 / 10-10-2025
Avrasiya ölkələrinin real ölçüləri...
18:00 / 10-10-2025
Anar Əsədlinin cinayət işi məhkəməyə göndərilib
17:46 / 10-10-2025
Ramil Həsən millət vəkili kimi fəaliyyətini dayandırır
17:18 / 10-10-2025
Həkim Sənan Mehdiyevə hökm oxunub
17:04 / 10-10-2025
Oqtay Şirəliyevin yerinə baş direktor seçilib
16:47 / 10-10-2025
Abşeronda 60 yaşlı kişi öldürülüb
16:33 / 10-10-2025
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
12:16 / 07-10-2025

12:19 / 07-10-2025

13:06 / 08-10-2025

11:32 / 08-10-2025

17:58 / 09-10-2025

15:36 / 07-10-2025

13:30 / 07-10-2025

12:32 / 08-10-2025

23:55 / 08-10-2025

14:16 / 07-10-2025

13:22 / 07-10-2025

11:37 / 10-10-2025

Gələcəyin yol xəritəsi - Sadiq Qurbanov yazır
Tarix: 09-07-2025 20:50 | Bölmə: Xəbərlər

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə beynəlxalq iqtisadi hadisə deyildi. Bu, Azərbaycan dövlətinin suverenliyinin, gücünün, diplomatik nüfuzunun və tarixi qayıdışının qlobal səviyyədə rəsmiləşdirilməsi idi. Amma qəribə təzad budur ki, bu tarixi uğurun fonunda həm daxildə, həm də xaricdə bir qrup müxalif dairə nailiyyəti kiçiltmək, xalqın gözü qarşısında baş verən faktları gözdən salmaq üçün yersiz və səmərəsiz cəhdlər göstərir. Ən acınacaqlısı isə budur ki, bu cəhdlər bəzən milli maraqları deyil, şəxsi ambisiyaları ifadə edir.
Gəlin sual verək: əgər bu gün Xankəndidə beynəlxalq zirvə görüşü keçirilirsə, bu yerdə hansı siyasi xəttin, hansı dövlətçilik ənənəsinin imzası var?
Cavab açıqdır: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və onun İlham Əliyev tərəfindən davamı.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanda ölkə parçalanmaq üzrə idi, ordu yox idi, iqtisadiyyat dağılmışdı, enerji xəritəsində Azərbaycanın adı belə unudulmuşdu. Bu reallığı heç bir müxalif qüvvə inkar edə bilməz, çünki bu xaosun birbaşa səbəbkarı elə 1992–93-cü illərin məsuliyyətsiz müxalif idarəçiliyi idi.
Bugünkü Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə 12 ölkəyə qaz ixrac edir, 350 milyard dollardan artıq sərmayə cəlb etmiş bir iqtisadi gücdür, Xankəndidə, Şuşada, Ağdamda beynəlxalq tədbirlər keçirən siyasi mərkəzə çevrilib. Bu, xaosdan sabitliyə, təfriqədən gücə gedən yolun adıdır. Və bu yol Heydər Əliyevin “əvvəl dövlət, sonra iqtidar” prinsipinin gerçəyə çevrilməsi ilə mümkün oldu.
Daxildə bəzi müxalif siyasi çevrələr, xaricdə isə diaspora adı altında gizlənən müəyyən qruplar bu uğurları “PR”, “təmtəraq”, “şou” adlandırmağa çalışırlar. Onlara görə Xankəndidə ECO tədbiri yox, “yüksək səviyyəli görüntü” olub. Halbuki bu insanlar beynəlxalq siyasətin necə işlədiyini anlamır ya da bilərəkdən danırlar.
Əgər Xankəndidə 10-dan artıq ölkənin prezidenti və baş nazirlər toplaşırsa, COP29 kimi nəhəng tədbir bu məkanla əlaqələndirilirsə, Şuşada ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu keçirilirsə, bu artıq yalnız zəfərin yox, beynəlxalq leqitimliyin də rəmzidir.
Bu reallığı xaricdə oturub “həqiqət axtaran”, əslində isə “qaralama ilə məşğul olan” müxalif aktivistlər nə qədər inkar etsə də, xalq bunu canlı görür və qiymətləndirir.
Heydər Əliyev zamanında Azərbaycanı parçalanmaqdan xilas edərək güclü dövlət təməlləri qoydu. O dövrdə müxalifət parçalanmış, şəxsi ambisiya ilə idarə olunan və radikal təcrübəsizliklə yüklənmişdi.
Prezident İlham Əliyev bu siyasi xətti dövlətçilik məktəbinə çevirdi:
- Azərbaycanın enerji xəritəsində ön mövqeyini bərpa etdi,
- Zəfərlə nəticələnən 44 günlük müharibədə real nəticə əldə etdi,
- Qarabağı beynəlxalq tədbirlərin, strateji tərəfdaşlıqların mərkəzinə çevirdi.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqlar Heydər Əliyevin siyasi baxışlarının İlham Əliyev dövründə müttəfiqlik səviyyəsinə çatmasıdır.
Əlbəttə, heç bir siyasi sistem ideal, heç bir dövlət səhvsiz deyil. Amma tənqidlə inkarçılıq arasında fərq var. Müxalifət əgər milli maraqları düşünürsə, gərək xalqın gözü ilə baxmağı bacarsın.
Bu gün Qarabağda Azərbaycan bayrağı ilə yanaşı beynəlxalq forumlarda iştirak edən digər dövlətlərin bayraqları dalğalanırsa, bu qələbə təkcə bir siyasi qüvvənin deyil, bütöv bir xalqın uğurudur.
Müxalif düşüncə bu uğura kölgə salmağa çalışdıqda, əslində xalqın zəhmətinə, şəhidlərin ruhuna və tarixi mübarizəyə kölgə salmış olur.
Azərbaycanın bu gün gəldiyi nöqtə sabitlik, suverenlik, nüfuz və rifah təsadüfi deyil. Bu, fədakar zəhmət, strateji baxış və dövlətçilik varisliyinin məntiqi nəticəsidir. Müxalifət bu həqiqəti nə qədər tez anlasa, bir o qədər faydalı və hörmətli olar. Heydər Əliyevin siyasəti təkcə keçmişin irsi deyil, gələcəyin yol xəritəsidir. Onu gözdən salmağa çalışanlar isə gələcəyin qarşısına daş qoymaq istəyənlərdir. Xalq isə bu daşları çoxdan yolundan təmizləyib.
Bölməyə aid digər xəbərlər

Dünən, 14:35
İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb
Dünən, 11:43
General Rasim Əliyev vəfat edib
Dünən, 10:20
Azərbaycanda palçıq vulkanı püskürüb
Dünən, 09:48
Metroda ölüm hadisəsi baş verib
Dünən, 00:42
DÇ-2026: millimiz Fransa yığmasına uduzub
10-10-2025, 21:45
İlham Əliyev Tacikistana səfərindən videopaylaşım edib
10-10-2025, 16:33
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
10-10-2025, 16:13
Prezident rəsmi qəbulda iştirak edib - Foto
10-10-2025, 16:05
Cinayət Məcəlləsinə dəyişiklik edilib
10-10-2025, 13:09
Nobel Sülh mükafatının laureatı məlum olub
10-10-2025, 12:19
Məmmədəli Ağayev azad edilib
10-10-2025, 12:07
Azərbaycanda yeni medal təsis olunub
10-10-2025, 11:31
Daha bir vəkilin fəaliyyəti 6 aylıq dondurulub
10-10-2025, 10:57
Komediya aktyoru müharibədə həlak olub
10-10-2025, 10:52
Rusiya interneti kütləvi şəkildə bağlayır
10-10-2025, 10:42
Ukrayna qaranlığa qərq olub
10-10-2025, 10:15
Azərbaycanın 40 vətəndaşı Almaniyadan geri qaytarılıb
10-10-2025, 09:28
Kollecə direktor təyinatı olub
10-10-2025, 07:43
Baş prokuror Trampı qisasçılıqda ittiham edib
10-10-2025, 07:28
ABŞ Senatı gələn ilin hərbi büdcəsini təsdiqləyib
9-10-2025, 17:20
Azərbaycanlı tiktoker ABŞ-da faciəvi şəkildə ölüb
9-10-2025, 12:56
BMT sülhməramlı missiyaları azaldacaq
9-10-2025, 09:49
Video yaratmağın yeni versiyası hazırlanıb
9-10-2025, 09:06
Pedofillər həbsxanada kastrasiya ediləcək
9-10-2025, 07:36
Pentaqon yeni nəsil qırıcı layihəsini təsdiqləyib
8-10-2025, 17:08
Prezident fərman imzalayıb
8-10-2025, 16:12
İki kanalın yayımı müvəqqəti dayandırılıb
8-10-2025, 15:15
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
8-10-2025, 14:22
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
8-10-2025, 14:11
Gəncədə məktəbli oğlan qətlə yetirilib
8-10-2025, 13:59
Hərbçimiz vəfat edib
8-10-2025, 12:30
İlin sonunda əfv gözlənilir
8-10-2025, 10:49
Ali Məhkəmə Plenum qərarlarına dəyişiklik edib
8-10-2025, 10:02
İstanbulda məşhur müğənnilər saxlanılıb
8-10-2025, 09:58
Açıq kosmosda qızıl aşkar olunub
8-10-2025, 09:18
Melonidən beynəlxalq məhkəməyə şikayət ediblər
8-10-2025, 06:46
Makronu prezident postundan uzaqlaşdırmaq istəyirlər
7-10-2025, 19:43
Salyanda qəza: 8 nəfər xəsarət alıb
7-10-2025, 15:50
Füzuli məscidinin təməli qoyulub - Yenilənib
7-10-2025, 14:37
Özbəkistan lideri: "İqtisadi Əməkdaşlıq Şurası yaradılmalıdır"
7-10-2025, 12:12
Milyarderin üç ortağı həbs edilib
7-10-2025, 11:56
Polşa Merkelin ittihamları ilə razılaşmır
7-10-2025, 11:49
Müəllimlərin sertifikasiya nəticələri açıqlanıb
7-10-2025, 10:35
Mətbuat katibini bıçaqlayan şəxs intihara cəhd edib
7-10-2025, 10:14
Şəmkirdə arvadını öldürən şəxs tutulub
7-10-2025, 10:14
Ukraynaya növbəti hücum olub
7-10-2025, 10:04
Ukraynada azərbaycanlı həlak olub, oğlu yaralanıb
7-10-2025, 09:27
Dünyanın ən ağıllı insanı bəlli olub
7-10-2025, 08:19
Misirdə İsrail-HƏMAS danışıqları başlayıb