HƏMAS lideri Putini təbrik edib
Tarix: 20-03-2024 06:07 | Bölmə: Xəbərlər
HƏMAS lideri Putini təbrik edib

Rusiyada keçirilən prezident seçkilərindən öncə siyasi analitiklər güman edirdilər ki, Vladimir Putin indiki şəraitdə taktiki gediş edərək radikal siyasi və hərbi təşkilatların, xüsusilə də HƏMAS-ın təbriklərini qəbul etməyəcək. Lakin Putin belə təbrikləri edir.

Reyting.az
-ın məlumatına görə, HƏMAS təşkilatının siyasi qanadının lideri İsmayıl Həniyə Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

"RİA Novosti" bildirir ki, Həniyə təbrikində HƏMAS-ın uzun illər boyu Rusiya Federasiyası ilə davam edən “Dostluq əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına” böyük ümidlər bəslədiyini, eləcə də Rusiyanın hər zaman olduğu kimi siyasi iradə göstərib “Fələstin məsələsini dəstəkləməklə" böyük qətiyyət nümayiş etdirdiyini yüksək qiymətləndirib.

HƏMAS hərəkatının yayılmış bəyanatında qeyd olunur ki, İ. Həniyə indən sonra da Putinə “Rus xalqının maraqları naminə uğurlu iş”, həmçinin “Çoxqütblü dünyanın qurulmasında uğurlar” arzulayıb.

Xatırladaq ki, Rusiyada keçirilən prezident seçkilərinin nəticələri yekunlaşdırıldıqdan sonra Vladimir Putini qələbə münasibətilə təbrik edən dövlət başçıları sırasında İranın, Misirin, Venesuelanın, Türkiyənin, Azərbaycanın, Belorusun, Özbəkistanın prezidentləri, Ermənistanın baş naziri, KXDR-in rəhbəri, həmçinin Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi də var.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər