Ukraynanın keçmiş prezidenti Belarusa gedib?
Tarix: 24-05-2024 17:01 | Bölmə: Xəbərlər
Ukraynanın keçmiş prezidenti Belarusa gedib?

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa çatıb.

Reyting.az
-ın xəbərinə görə, “Belarusski Gayun” monitorinq layihəsi öz mənbələrinə istinadla bildirir ki, “Dassault Falcon 900C” təyyarəsi Qomel hava limanına enib.

Təyyarənin nömrəsi (quyruq hissədə) RA-09617 olduğu üçün müşahidəçilər iddia edirlər ki, bu, Yanukoviçə məxsusdur.

Xatırladaq ki, Yanukoviç sonuncu dəfə 2022-ci ilin mart ayında Belarusda olub.

Onu da qeyd edək ki, Rusiya lideri Vladimir Putin Aleksandr Lukaşenkonun dəvəti ilə mayın 23-də Belarusa səfər edib. Onun Belarusa səfəri bu gün başa çatmalıdır. Putin Belarusa səfəri zamanı prezident Aleksandr Lukaşenkonu qeyri-strateji nüvə silahlarından istifadə üzrə Rusiya təlimlərində iştirak etməyə razı salmağı planlaşdırırdı. Belə bir məqamda Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Belarusda görünməsi nəzərə alınmaya bilməz.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}