Deputatlar ayın 7-də iclas keçirəcək
Tarix: 03-06-2024 12:36 | Bölmə: Xəbərlər
Deputatlar ayın 7-də iclas keçirəcək

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.




Bölməyə aid digər xəbərlər