13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
09:08 / 21-03-2025
Ağsuda zəlzələ olub
Rumıniya Ukraynaya “Patriot” sistemi göndərəcək
Tarix: 20-06-2024 16:13 | Bölmə: Xəbərlər
Rumıniya Ukraynaya “Patriot” sistemi göndərəcək

Rumıniya “Patriot” zenit-raket kompleksini (Amerika istehsalı) Ukraynaya təhvil verməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Rumıniyanın Digi24.ro telekanalı məlumat yayıb.

Məlumata görə, bu qərarı ölkənin Ali Müdafiə Şurası bu gün qəbul edib.

Ali Müdafiə Şurasının qərarında deyilir:

“Rusiyanın dinc əhaliyə və mülki infrastruktura, xüsusilə enerjiyə davamlı və kütləvi hücumları nəticəsində Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, habelə bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyi üçün yaxın koordinasiyasını nəzərə alaraq Alyansın üzvləri, Şura üzvləri “Patriot” sisteminin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul ediblər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib