Kiyevdə təhlükəli gün elan olunub
Tarix: 20-06-2024 16:43 | Bölmə: Xəbərlər
Kiyevdə təhlükəli gün elan olunub

Hazırda Ukraynada təhlükəli meteoroloji hadisələr müşahidə olunur. Sinoptiklər 1-ci səviyyə təhlükəsi elan ediblər.

Reyting.az
-ın məlumatına görə, Ukrayna Hidrometeorologiya Mərkəzinin “Facebook” səhifəsində bildirilib ki, qərb və şimal rayonlarında külək arabir güclənəcək, mərkəzi, cənub və şərq rayonlarının bəzi yerlərində leysan xarakterli yağış yağacaq.

Kiyev Şəhər Hərbi İdarəsi də paytaxtda 15-20 metr/san güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq edir.

İnsanlar ildırım səsindən təşvişə düşməməyə və aşağıdakı qaydalara əməl etməyə çağırılır:

Nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin və ya elektrik dirəklərinin altında saxlamayın;

evlərdə pəncərələri, qapıları və çardaqları sıx bağlayın;

eyvan və lojiqalardan qorunmayan və küçəyə düşə bilən əşyaları çıxarın;

hava hücumu xəbərdarlığı elan edildikdə, dərhal sığınacağa yönəlin.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}