Bakıda yanğın: 60 nəfər köçürülüb
Tarix: 09-07-2024 08:35 | Bölmə: Xəbərlər
Bakıda yanğın: 60 nəfər köçürülüb

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğının mənzillərə keçməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.

Yanğın zamanı FHN-nin qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.




Bölməyə aid digər xəbərlər