Tramp Baydendən önə keçir
Tarix: 18-07-2024 13:20 | Bölmə: Xəbərlər
Tramp Baydendən önə keçir

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hədəfinə doğru addım-addım irəliləyir.

Reyting.az
xəbər verir ki, sui-qəsd cəhdindən sonra respublikaçıların Trampın arxasında birləşməsi diqqət çəkir.

Respublikaçılar Partiyasının praymerizlərində prezidentliyə namizəd olmaq üçün Trampla yarışan Nikki Haley və Ron Desantis də artıq sabiq prezidentə tam dəstək verirlər. Heyli “Tramp-a səs vermək üçün onun hər dediyi ilə 100 faiz razılaşmaq lazım deyil”,- söyləsə də, Desantis “Gəlin, Co Baydeni zirzəmisinə, Trampı isə Ağ evə göndərək”,- deyərək Trampı dəstəklədiyini açıqlayıb.

Bildirilir ki, sui-qəsd cəhdi ABŞ-nın keçmiş prezidenti Trampın səslərinin artmasına səbəb olub. ABŞ-da keçirilən son sorğuda namizədliyi Respublikaçılar Partiyası tərəfindən noyabrda keçiriləcək prezident seçkiləri üçün rəsmən təsdiqlənən D. Tramp bəzi ştatlarda rəqibi C. Baydeni qabaqlayır, hansı ki, bu ştatlarda seçiciləri müəyyən dərəcədə qərarsız idi.

Bu arada prezidentliyə namizəd Robert Kennedinin Donald Trampla telefon danışığının səs yazısı ortaya çıxıb. Səs yazısında Tramp Kennedinin onu dəstəklədiyinə işarə edərək, “düşünürəm ki, bu, sizin üçün də əla olardı. Biz qalib gələcəyik, xeyli irəlidəyik”, - deyib.

Onu da qeyd edək gizli telefon danışığını Robert F. Kennedinin oğlu Bobbi yayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər