15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Azərbaycanda zəlzələ olub - Yenilənib
Tarix: 22-07-2024 12:12 | Bölmə: Xəbərlər
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindn Reyting.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

***

Gürcüstanda baş verən və Azərbaycanın sərhəd rayonlarında hiss edilən zəlzələ zamanı ölkədə hər hansı dağıntı və ya insan xəsarət qeydə alınmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.




Bölməyə aid digər xəbərlər