Göygöldə toyda döyülən 37 yaşlı şəxs ölüb
Tarix: 18-09-2024 09:29 | Bölmə: Xəbərlər
Göygöldə toyda döyülən 37 yaşlı şəxs ölüb

Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Məlumata görə, sentyabrın 10-da Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib(Report).

Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib