19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Baş nazir və naziri öldürmək istəyən agent həbs olunub
Tarix: 20-09-2024 10:56 | Bölmə: Xəbərlər
Baş nazir və naziri öldürmək istəyən agent həbs olunub

İsrailin baş naziri Binyamin Netanyahuya, İsrailin müdafiə naziri Yoav Gallanta və “Şin Bet” sədri Ronen Bara qarşı İranın hazırladığı mümkün sui-qəsd planının iştirakçısı olmaqda şübhəli bilinən İsrail vətəndaşı saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik bölmələri məlumat yayıb.

Həbsin ötən ay İsraildə baş verdiyi bildirilir.

İsrail mediası yazır ki, şübhəli şəxs 73 yaşlı iş adamı Moti Mamandır. Şübhəlinin bir müddət Türkiyədə yaşadığı və buradan İrana daxil olduğu iddia edilir.

İsrail vətəndaşının 1 milyon dollar avans tələb etdiyi, lakin tələbinin rədd edildiyi və görüşlərə qatıldığı üçün 5 min avro aldığı bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}