Yarasalarda daha təhlükəli viruslar aşkar edilib
Tarix: 27-09-2024 15:58 | Bölmə: Xəbərlər
Yarasalarda daha təhlükəli viruslar aşkar edilib

Yaponiyada aparılan yeni araşdırma yarasalarda müxtəlif DNT və RNT viruslarını aşkara çıxarıb. Bu virusların 60 faizi zoonotik (heyvanlardan insanlara keçən) viruslardır.

Reyting.az
xəbər verir ki, Yaponiyanın Yamaquçi bölgəsində 130-dan çox yarasa üzərində aparılan müayinələr nəticəsində onların 60 faizindən çoxunun ən azı bir virusa, o cümlədən zoonoz viruslara (heyvanlardan insanlara keçə bilən) yoluxduğu müəyyən edilib.

Araşdırmada bəzi virusların, xüsusilə adenovirus və astrovirusun genetik olaraq sürətlə təkamülü müşahidə olunub.

Tapılan virusların bəzilərinin Çin və Koreyadakı viruslarla genetik oxşarlıqları var.

Bundan əlavə, araşdırma nəticəsində məlum olub ki, yarasaların 36 faizi birdən çox virusa yoluxub. Bu, yapon yarasalarının zoonotik epidemiyalara səbəb olma potensialını artırır.

Mütəxəssislər bildirirlər ki, bu virusların həyat dövrlərini və patoloji təsirlərini daha yaxşı başa düşmək üçün geniş araşdırmaya ehtiyac var.

Yaponiya və ətraf bölgələrə yarasalardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün müntəzəm müayinə və monitorinq səylərini artırmaq tövsiyə olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər