MEDİA jurnalistlərə çağırış edib
Tarix: 25-12-2024 14:02 | Bölmə: Xəbərlər
MEDİA jurnalistlərə çağırış edib

"Bəzi onlayn media subyektlərində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır".

Reyting.az
xəbər verir ki, bu haqda MEDİA məlumat yayıb.

Məlumatda deyilir ki, media subyektlərini məlumat yayarkən “Media haqqında” qanunun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməlidir: "Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər