Rusiya Donetskdə daha iki kəndi işğal edib
Tarix: 25-12-2024 17:19 | Bölmə: Xəbərlər
Rusiya Donetskdə daha iki kəndi işğal edib

Rusiya qoşunları Donetsk vilayətinin Novoolenovka və Storojevo yaşayış məntəqələrini işğal edib.

Reyting.az
xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Bundan əlavə, rusların Pesçanoye və Novovasilevka kəndləri yaxınlığında irəlilədiyi qeyd edilir.

“Rovnopol ərazisi dəqiqləşdirilib”, - deyə analitiklər bildiriblər.

Xatırladaq ki, dekabrın 24-də “DeepState” Rusiya qoşunlarının Donetsk vilayətinin Makarovka, Suxye Yalı və Zelenovka yaşayış məntəqələrini işğal etdiyi barədə məlumat yayıb. Qeyd olunub ki, ruslar Starıy Ternı, Novodarovka, Volkovoye, Novovasilovka, Novoelizavetovka, Novoolenovka, Ukrainka, Zarya yaxınlığında, həmçinin Storozhevoye və Kuraxovoda irəliləyiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər