"Tiktoker"lər haqqında həbs qərarı verilib
Tarix: 25-12-2024 21:09 | Bölmə: Xəbərlər
"Tiktoker"lər haqqında həbs qərarı verilib

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

Reyting.az
xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər