Serbiya prezidenti: "Bu çətin anlarda yanınızdayıq"
Tarix: 25-12-2024 14:25 | Bölmə: Xəbərlər
Serbiya prezidenti: "Bu çətin anlarda yanınızdayıq"

Serbiya prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib:

"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər