NATO: "Məsələni hərtərəfli araşdırmağa çağırırıq"
Tarix: 26-12-2024 15:51 | Bölmə: Xəbərlər
NATO: "Məsələni hərtərəfli araşdırmağa çağırırıq"

NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.

"Düşüncələrimiz və dualarımız "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq",- məlumatda qeyd edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər