Ukrayna XİN Qərbə xəbərdarlıq edib
Tarix: 06-01-2025 20:56 | Bölmə: Dünya
Ukrayna XİN Qərbə xəbərdarlıq edib

Ukrayna xarici işlər naziri Andrey Sbiqa Avropa ölkələi və ABŞ-yə xəbərdarlıq edib.

O, bu barədə "X"də yazıb.

"İndi Ukraynanın tərəfdaşlarının axsaması və ya yorulması vaxtı deyil. Zəiflik, fundamental məsələlərdə güzəştlər Avropa ölkələri və ABŞ-yə də zərər verəcək", - nazir qeyd edib.

Sbiqa vurğulayıb ki, sülhə gedən yol Ukraynanı gücləndirməkdən gedir.

Diplomat, həmçinin bildirib ki, strateji səhvlər uzunmüddətli perspektivdə çox baha başa gələcək. Onun fikrincə, müharibə ədalətli şəkildə həllini tapmalıdır: “Bunun üçün bizə prinsipial və güclü liderlik lazımdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib(Report).




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb

bütün xəbərlər