Deputat: "Paşinyan yaxın aylarda istefa verəcək"
Tarix: 14-01-2025 11:34 | Bölmə: Xəbərlər
Deputat: "Paşinyan yaxın aylarda istefa verəcək"

"Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək".

Ermənistan mətbuatı xəbər verir ki, belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.

O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var.

"Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", - Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb(Report).




Bölməyə aid digər xəbərlər